Bu “sürət”lə hara gedirik? – Tural Abbaslı və Natiq Cəfərlidən Dəmir Yolları ilə bağlı tənqidlərbackend

Bu “sürət”lə hara gedirik? – Tural Abbaslı və Natiq Cəfərlidən Dəmir Yolları ilə bağlı tənqidlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda sürət qatarı 85 km saatla hərəkət edir və Azərbaycan Dəmir Yolları bunu bizə sürət qatarı kimi təqdim edir. Avropada sürət qatarının sürəti 800 km-dir. Bizdə də heç olmasa 150-200-ə çatmalıdır axı. İlk illərdə sürətin aşağı olması anlaşılan idi. Bizim ölkə üçün ilk təcrübə idi. Ancaq indi sürət qatarlarının istifadəyə verilməsindən illər keçib. Bu müddət ərzində sürət də artmalı idi, istiqamətlər də.

Bu sözləri Tribunainfo.az-a Ağ Partiya sədri Tural Abbaslı Azərbaycan Dəmir Yollarının əhaliyə göstərdiyi xidmət səviyyəsindən danışarkən deyib. Partiya sədri bildirib ki, dünya inkişaf edir, hər istiqamətdə sürət qatarları buraxılır, yeni xətlər çəkilir. Ancaq Azərbaycanda bu istiqamətdə işlərin görüldüyünün şahidi olmuruq:

“İnsanların yollara sərf etdiyi vaxtı minimuma endirmək lazımdır. Bölgələrə getmək üçün pandemiyadan bura insanlar necə əziyyət çəkir. Ancaq Azərbaycan Dəmir Yolları qatar səfərlərini bərpa etmək istəmir. Bu qədər müddət ərzində Bakının hər istiqamətinə sürətli qatar səfərləri olmalı idi, bölgələrə sürətli qatar yolları çəkilməli idi. Sərhədlərin açıq olmaması anlaşılır, amma Azərbaycan Dəmir Yolları niyə səfərləri bərpa etmir?. Bərpa bir yana, niyə yeniliklər etmir?. Yəqin ki, Azərbaycan Dəmir Yolları ehtiyac duymur fəaliyyətini tam bərpa edib xalqa xidmət göstərməyə. Bu bir az da xidmət anlayışının zəifliyindən irəli gəlir”.

ReAl Partiyasının sədri Natiq Cəfərli isə bildirib ki, Azərbaycanda dəmir yolları infastrukturu olduqca köhnədir:

“Azərbaycanın dəmir yollarının az qala 80 faizi Sovet dövründən qalıb. Yerdə qalan 20 faiz isə Sovet dövründən qalan dəmir yollarının modifikasiya olunması, yenidən qurulması hesabına baş verib. Əslində bu dəmir yolları ilə sürət qatarının bu sürətlə hərəkət etməsi normaldır. Çünki dəmir yolları köhnədir. Bu böyük investisiya tələb edir ki, dəmir yolları sürət qatarının hərəkətini təmin etsin, yeni qatarlar alınsın. Avropada sürət qatarlarının modifikasiyası illərlə davam edib və Avropa ölkələri birgə bu işi həyata keçirib. Azərbaycanda bunu edə bilmək üçün infastruktur tamamilə yenilənməlidir. Buna da yüz minlərlə, milyardlarla vəsait lazımdır. Bu uzun illərin işidir. Ancaq təbii ki, Azərbaycan Dəmir Yolları da öz öz işini pozitiv davam etdirmək istiqamətində düşünməlidir”.

Nigar