İki şirkət Mədəniyyət Nazirliyini məhkəməyə verib.
Tribunainfo.az xəbər verir ki, Pravda.az-ın məlumatına görə, onlardan biri “Novator HRC” MMC-dir. Mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisə olan iş Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Həşimovanın icraatındadır. Növbəti iclas noyabrın 4-də keçiriləcək.
Digər MMC isə “Delta Group LTD”dir. Eyni mahiyyətli iş Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatındadır. Baxış iclası oktyabrın 31-də keçiriləcək.