Bu şirkətin partlayış xidməti ilə bağlı tenderi baş tutmadı

Bu şirkətin partlayış xidməti ilə bağlı tenderi baş tutmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Naxçıvan Duz İstehsalı” MMC-nin partlayış üçün sərf olunan xammal, materialların və partlayış xidməti ilə bağlı elan etdiyi tender ləğv olunub.

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti qəbul edib.

Bu qərarın qəbul olunmasına səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

Tenderin ümumi dəyəri 83 460 AZN olub.