Bu şirkətin 100 min manat vergi borcu var

Bu şirkətin 100 min manat vergi borcu var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Güvən Ceramic” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) 100 min manata yaxın vergi borcu yaranıb.
Qaynarinfo-nun məlumatına görə, şirkətin Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə borcu 99909.31 AZN-dir.
Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan “Güvən Ceramic” MMC-nin qanuni təmsilçisi Kamal Məmmədov Həmzə oğludur. 2019-cu ilin iyununda yaradılan MMC-nin rəhbəri barəsində onlarla inzibati xəta protokolu tərtib edilib.