Tesla mühəndisi şirkətin Ostin yaxınlığındakı Giga Texas fabrikində nasazlıq zamanı robotun hücumuna məruz qalıb. Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, təcili söndürmə düyməsi ilə dayandırılan robotun hücumu zamanı hər şey qan gölünə çevrilib. Qeyd edək ki, Teslanın Texasdakı fabrikində baş verən qəzanın təfərrüatları 2 il sonra ortaya çıxdı. Hadisə şahidlərinin sözlərinə görə, Teslanın robotu mühəndisə hücum edib. Fabrikdə işçilərlə görüşən hüquqşünas deyir ki, onların qəzalarla bağlı rəsmi qurumlara “məlumat vermədikləri”nə dair sübutlar var.Teslanın Texasdakı qanuna uyğun olaraq səlahiyyətlilərə təqdim etməli olduğu zədə hesabatında mühəndisin işdən məzuniyyət almasına ehtiyac olmadığı iddia edilib.