Bu şirkət mənfəətə həsrətdir – “Şahdağ Turizm Mərkəzi”ndə 103 milyon manatdan çox zərərbackend

Bu şirkət mənfəətə həsrətdir – “Şahdağ Turizm Mərkəzi”ndə 103 milyon manatdan çox zərər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şahdağ Turizm Mərkəzi” QSC 2023-cü ili 6 milyon 682 min manat xalis zərər ilə başa vurub. Şirkət 2022-ci ili 8 milyon 688 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il “Şahdağ Turizm Mərkəzi”nin xalis zərəri 2 milyon 2 min manat və ya 23% azalıb.

Marja.az xəbər verir ki, “Şahdağ Turizm Mərkəzi”nin əsas əməliyyat gəliri 2022-ci ildə 9 milyon 608 min manat ikən, 2023-cü ildə 15 milyon 249 min manata yüksəlib (5 milyon 641 min manat və ya 58,7% artıb). Şirkətin aldığı dotasiyanın məbləği isə 2022-ci ildəki 12 milyon 77 min manatdan 2023-cü ildə 11 milyon 777 min manata düşüb. Şirkət ötən il 306 min manat sair gəlirlər də əldə edib (2022-ci ildə 784 min manat).

“Şahdağ Turizm Mərkəzi”nin ödənilməmiş zərəri (yığılmış zərər) 2022-ci ilin sonunda 97 milyon 177 min manat ikən, 2023-cü ilin sonunda 103 milyon 859 min manata çatıb. Nəticədə Şirkətin 397 milyon 507 min manat kapitalı azalıb.

Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2022-ci ildəki zərərin səbəbləri olaraq inzibati xərclərin (kompleksin köhnəlməsi ilə əlaqədar meydana çıxan təmir və bərpa xərcləri) və satışın maya dəyərinin artmasını göstərmişdi.