Bu şirkət cərimələndibackend

Bu şirkət cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Agro İnvestor LTD” barəsində inzibati xəta haqqqında icraat başladılıb.

Tribunainfo.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin Gömrük Qaydaları Əleyhinə olan 482.2-ci maddəsinin tələblərini pozub.

İcraat malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi faktı qeydə alındıqda başladılır.

Maddənin tələbinə əsasən rəhbər şəxslər inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir.

“Agro İnvestor LTD”nin işinə 24 yanvar tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq.