BU SIĞORTA ŞİRKƏTLƏRİNƏ GÜVƏNMƏYİN…

BU SIĞORTA ŞİRKƏTLƏRİNƏ GÜVƏNMƏYİN…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Bank tərəfindən may ayının sonunadək əldə edilmiş məlumatlar əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə “şikayət indeksi” açıqlanıb.

Tribunainfo.az xəbər verir ki, indeksə görə “AzSığorta” ASC, “Atəşgah Sığorta”, “İpək Yolu Sığorta”, “Günay Sığorta” ASC və “A-Qroup Sığorta” xidmәt sәviyyәsinin digәr şirkәtlәrә nәzәrәn çox aşağı olduğu şirkətlərdir.

Bunu elə sözügedən sığorta şirkətlərinin aylıq məhkəmə sayından da bilmək olar. Belə ki, sözügedən sığorta şirkətləri həm xidmət səviyyəsinə görə, həm də vətəndaş narazılığına görə ən aşağı pillələrdədir.
Məsələn, tez-tez özünü reklam edən “Atəşgah Sığorta”nın bu ay ərzində 33 məhkəmə çəkişməsi var. “AzSığorta” ASC isə bu ay ərzində 29 dəfə hakim qarşısına çıxacaq. “Günay Sığorta” ASC isə bu ay ərzində vətəndaşlar tərəfindən 18 dəfə məhkəməyə verilib. “A-Qroup Sığorta”nın ay ərzində 1 məhkəməsi olsa da, xidmət səviyyəsi olduqca aşağıdır.