Əksər sığorta şirkətləri növbəti ilə də məhkəmə çəkişmələri ilə qədəm qoyublar. Hətta bir çox sığorta şirkətinin məhkəmə çəkişmələrinin sayı həddən artıq çoxalıb. Bu da il dəyişməsinə baxmayaraq şığorta şirkətlərinin fəaliyyətində heç nəyin dəyişmədiyini göstərir. Bu, ölkədə sığorta işinin təşkilini həyata keçirən şirkətlərin işlərini bacarmadığını, bu işin öhtəsindən gələ bilmədiyini sübut edir.
Tribunainfo.az apardığı araşdırma zamanı 2024-cü ildə ən çox məhkəməyə verilən, haqqında şikayət olan sığorta şirkətlərinin adlarını müəyyən edib. Məlum olub ki, ilin əvvəlində sığorta şirkətləri haqqında şikayət və məhkəmə işləri artıb. Siyahını təqdim edirik:
“AzSığorta” – 49 məhkəmə
“Atəşgah Sığorta” – 37 məhkəmə
“Atasığorta” – 35 məhkəmə
“Qala Sığorta” – 32 məhkəmə
“Meqa Sığorta” – 25 məhkəmə
“Xalq Sığorta” – 18 məhkəmə
“BakıSığorta” – 14 məhkəmə
“Günay Sığorta” – 9 məhkəmə
“Azərbaycan Sənaye Sığorta” – 3 məhkəmə
“Standard Insurance” – 3 məhkəmə
“A-Group” – 1 məhkəmə
“Qala Həyat Sığorta” -1 məhkəmə