Bu şəxslərin maaşı artırılırbackend

Bu şəxslərin maaşı artırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnsan Hüquqları üzrə Müvəkkilin maaşı artırılır.

Bu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununa təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alır. Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı məbləğində ona pul təminatı verilir.

Dəyişikliyə əsasən, müvəkkil 3060 manat məbləğində vəzifə maaşı alacaq. Eyni zamanda Ombudsmanın aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Digər məlumata görə, Konstitusiya Məhkəməsi hakiminin də əmək haqqı artırılır.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Konstitusiya Məhkəməsi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı vəzifə maaşından, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vəzifə maaşına əlavələrdən, digər müavinətlərdən və Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün aylıq vəzifə maaşının 50 %-i məbləğində vergilərdən azad olunan aylıq pul təminatından ibarət olacaq. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı isə 3500 manat olacaq.

Qüvvədə olan qanuna görə Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı vəzifə maaşından, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vəzifə maaşına əlavələrdən, digər müavinətlərdən və Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisi deputatının aldığı məbləğdə vergilərdən azad olunan aylıq pul təminatından ibarətdir. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşına bərabərdir.

Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il sentyabrın 1-dən qüvvəyə minəcək. (APA)