“Sertifikasiyadan uğurla keçən müəllimin orta aylıq əməkhaqqı 1300 manata qədərdir”.
Bunu jurnalistlər üçün keçirilən müəllimlərin sertifikasiyası ilə bağlı məlumatlandırıcı sessiyada Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
O bildirib ki, sertifikasiya prosesində nəticələrindən asılı olmayaraq, bütün müəllimlərin əməkhaqqı artırılıb:
“Təlim ehtiyacları müəyyən edilib. 2022-ci ildən başlayaraq artıq sertifikasiya nəticəsinə uyğun olaraq əməkhaqqı diferensial formada artırılır. Bu həftənin sonu 8 minə yaxın müəllimin iştirakı ilə təkrar sertifikasiya keçiriləcək. İnanırıq ki, müəllimlərimizin böyük əksəriyyəti bu prosesdən uğurlara keçəcək”.
Eşqi Bağırov əlavə edib ki, xarici dil və riyaziyyat fənləri üzrə ilk dəfə sertifikasiya imtahanı keçiriləcək:
“25 minə yaxın müəllim bu il ilk dəfə sertifikasiyaya cəlb olunur. Sertifikasiyadan uğurla keçən müəllimin orta aylıq əməkhaqqı 1300 manata qədərdir”.