Bu şəxslərin maaşı 1971 manat OLDU

Bu şəxslərin maaşı 1971 manat OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlət qulluğuna qəbul olunma qaydalarının daha da təkmilləşdirilməsi hər zaman prioritet olaraq qalmaqdadır. Hazırda dövlət qulluqçularının sayı 27,4 min nəfərdir ki, onların da 30,3 faizini qadınlar təşkil edir”.

Tribuna xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputatın sözlərinə görə, ötən il dövlət qulluqçularının orta aylıq əməkhaqqı əvvəlki ilə nisbətən 2,0 faiz artaraq 1971,0 manata çatıb:

“Bu il reallaşan sosial paket həmin vətəndaşlarımızın əmək haqqlarında daha yüksək artımlara imkan verib. Bununla yanaşı, hazırda dövlət qulluqçularının orta aylıq maaşı ölkə üzrə orta aylıq əmək haqqından 2 dəfə çoxdur. Bu da dövlət qulluğuna marağın yüksək olmasının səbəblərindən biridir”.

Millət vəkili bildirib ki, hazırda dövlət qulluqçularının 69.5 faizi 5 ildən çox çalışanlardır:

“Dövlət qulluqçularının 6,4 faizi 1 ilədək, 24,1 faizi 1 ildən 5 ilədək, 22,9 faizi 5 ildən 10 ilədək, 18,6 faizi 10 ildən 15 ilədək, 28,0 faizi isə 15 il və daha çox qulluq stajına malikdir. Təbii ki, bu sahədə aparılan dərinləşdirlimiş islahatlar dövlət qulluqçularının yaş intervalına da təsir göstərib.
Hazırda dövlət qulluğunda çalışanların tən yarısının yaşı 40-dan aşağıdır. Bu isə dövlət qulluğunda işə qəbulda keyfiyyət meyarları baxımdan vacib hesab olunur”.

Bizim.Media