Bu şəxslərə xəbərdarlıq: Saat 17:00-dək…

Bu şəxslərə xəbərdarlıq: Saat 17:00-dək…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün, fevralın 9-da Yer kürəsini maqnit qasırğası vurub. Belə ki, Günəşdə M5.18 güclü partlayışdan sonra daha zəif (M3.49) partlayış qeydə alınıb. Bununla belə, son plazma partlayışı əvvəlkinin təsirini gücləndirib – yüklü hissəciklərin axınları birləşib.

 

Bakı vaxtı ilə 17:00-dan gecə yarısına kimi maqnit sahəsində rəqslərin gücü 3 bal təşkil edəcək. “Çalxalanmalar” isə artıq başlayıb və Bakı vaxtı ilə 17:00-a qədər olacaq. Bu zaman geotəsirlərin gücü zəif maqnit qasırğası üçün xarakterik olan 4 bala çatacaq.

 

Maqnit qasırğalarından ilk növbədə yaşlılar və uşaqlar, eləcə də immuniteti zəifləyənlər əziyyət çəkirlər.

 

Maqnit qasırğaları zamanı meteohəssas insanlar nə etməlidirlər:

 

Gündə ən az 7-8 saat yatmaq;

 

Qəhvə, siqaret, spirt, enerji içkiləri, yağlı, ədviyyatlı və qızardılmış qidalardan uzaq durmaq;

 

Mümkünsə, sakit bir mühitdə daha çox vaxt keçirmək, daha tez-tez təmiz havada gəzmək və mənzilləri mütəmadi olaraq havalandırmaq;

 

Münaqişələrdən və mübahisələrdən çəkinmək – stres qan təzyiqinin artmasına səbəb olur.