Bu şəxslərə “TikTok”dan istifadə qadağan edildibackend

Bu şəxslərə “TikTok”dan istifadə qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Britaniya ordusunun Xüsusi Hava Qüvvələrinin üzvlərinə təhlükəsizlik səbəbilə iş telefonlarında Çinin “TikTok” sosial şəbəkəsindən istifadə qadağan edilib.
Məlumata görə, tətbiqin Çin və Rusiyanın xüsusi xidmətlərinə məlumat ötürə biləcəyindən ehtiyat edildiyi üçün hərbi qulluqçulara şəxsi smartfonlardan “TikTok”a daxil olmaq tövsiyə edilmir.
Bildirilir ki, əvvəllər bu sosial şəbəkədən hərbi şəraitdə istifadəyə qadağalar ABŞ, Kanada və bir sıra Aİ ölkələrinin hakimiyyət orqanları tərəfindən tətbiq edilib.
Qeyd edək ki, qısa videoları yükləməyə imkan verən “TikTok” 2017-ci ildə, beynəlxalq versiyası isə 2018-ci ilin avqustunda istifadəyə verilib. Şəbəkənin sahibi Çinin “ByteDance” texnologiya şirkətidir