Əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Ağstafa rayonunda pulsuz ev veriləcək.
Tribunainfo.az xəbər verir ki, bununla bağlı artıq Sosial Xidmətlər Agentliyi tərəfindən müvafiq işlərə start verilib.
Agentlik sadalanan şəxlər üçün alınacaq evlərə görə 844.470,00 AZN ödəməyə hazırdı.
Qeyd edək ki, Agentlik tərəfindən ümumilikdə 9 evin – 3 ədəd ikiotaqlı, 6 ədəd üçotaqlı mənzil – satınalınması planlaşdırılır.
Tender 06.05.2025 tarixinə qədər davam edəcək.