Öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyə orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək.
Bu, Prezident İlham Əliyevin tətbiqi ilə bağlı Fərman imzaladığı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklikdə əksini tapıb.