Bu şəxslərə ilk dəfə işə düzələn zaman veriləcək pulun məbləği artıb (VİDEO)backend

Bu şəxslərə ilk dəfə işə düzələn zaman veriləcək pulun məbləği artıb (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara ilk dəfə işə düzələn zaman veriləcək birdəfəlik müavinətin məbləği artıb.
Ötən il bu ödəniş 4150 manat idisə, hazırda 4615 manat təşkil edir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib ki, müavinətin məbləği ölkə üzrə orta aylıq əmək haqqının beş misli qədərdir.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında qanuna əsasən, valideynlərini itirmiş uşaqlar dedikdə, hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər nəzərdə tutulur.
Tribunainfo.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: