Mayın 1-dən “Güzəştli mənzil” elektron sisteminin yaradılması və istifadəyə verilməsi nəzərdə tutulur.
Mayın 1-dən “Güzəştli mənzil” elektron sisteminin yaradılması və istifadəyə verilməsi nəzərdə tutulur.
TİA.AZ “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyiə istinaədn xəbər verir ki, Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt “ASAN xidmət” mərkəzində güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslərin kateqoriyaları, “Güzəştli mənzil” elektron sistemi və mövzu ilə əlaqədar digər məsələlərlə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq olunmuş Qaydaya əsasən aşağıdakı kateqoriyalara aid olan şəxslər Güzəştli mənzil əldə etmək hüququna malikdirlər.
Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
1) şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
2) Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
3) məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
4) ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
5) ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
6) fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
7) idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);
Bununla yanaşı, yaşından və ailə vəziyyətindən asılı olmayaraq, aşağıdakı şəxslər də Güzəştli mənzil əldə etmək hüququna malikdirlər:
1) elmlər doktoru elmi dərəcəsi olan şəxs;
2) ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;
3) ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
4) ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.