Prezident İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, bu kateqoriya vətəndaşlarımıza ilk dəfə işə düzələn zaman 6 min manat birdəfəlik müavinət veriləcək.
Qərarı şərh edən iqtisadçı ekspert Günay Hüseynova Tribunainfo.az-a bildirib ki, “Valideynlərini itirmiş və valdeyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişiklik təsdiq edilib. Bu dəyişikliyə əsasən ilk dəfə işə qəbul zamanı 6 min manat birdəfəlik müavinət veriləcək. Həmin kateqoriyaya daxil olan vətəndaşa. Bu addım həmin kateqoriyaya daxil olan vətəndaş üçün müsbət addımdır. Müəyyən yaşa çatan, həyata ilk addımlarını atan həmin kateqoriyaya aid olan vətəndaş üçün bir növ dəstək xarakteri daşıyır.
“Əslində bir növ dəyişiklik daha yaxşı olardı belə ki, iş qurmaq istəyən gənc üçün investisiya lazımdır. Yaxşı olardı ki, iş qurmaq istəyən Dövlət Vergi Xidmətindən qeydiyyatdan keçən VÖEN almış həmin kateqoriyadan olan şəxslərə də aid edilsin. Əksər iş yeri iş təcrübəsi tələb edir ən yaxşı halda. Kimsəsisiz uşaqlar evindən 17-18 yaşından çıxmış şəxs iş təcrübəsi hardan olsun? və ya universitetə qəbul oldu, harda qalsın? xərclərini necə qarşılasın?
Əlbəttə bu Dövlətin problemi deyil, ailə məcəlləsinə əsasən valdeynlərin borcudur ki, ilk növbədə övladına baxsın. Bu situasiyanı valdeyinlərini itirmiş uşaqlara deyil, valdeyn himayəsindən məhrum edilmiş uşaqlara aiddir. Bu gün gənc ailə ayrılanda ataya aylıq 270 manat aliment kəsilir işləsə də, işləməsə də ödəməlidir. Ölkədə uşaq pulu da yoxdur. Bəs bu uşaqların taleyi necə olacaq? Ona görə də uşağından imtina edib dövlətin himayəsinə atan hər iki valdeyn dövlətə aylıq məvacib ödəməlidir. Kimə arxayın olub uşaq dünyaya gətirib və sonra da atırlar? O atılan uşaqların təminatı, xərcləri sıravi vətəndaşın ödədiyi vergilər hesabınadır. Uşaqlar bizim gələcəyimizdir amma hər kəs də dünyaya uşaq gətirib dövlətin üzərinə atıb “öz kefində” olmamalıdır. Valdeyn məsuliyyət hiss etməlidir. Yaxşı olardı ki, uşaq pulu verilsin, uşaq da öz valdeyni ilə birgə məsud, xoşbəxt yaşasın”.
Qeyd edək ki, bu müavinəti almaq hüququ olan vətəndaşlarımız yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.
Bu zaman aşağıdakı sənədlər tələb olunur:
şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin surəti
əmək kitabçasının surəti;
valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı.
Dəniz