ABŞ-ın keçmiş lideri Co Bayden administrasiyası Rusiya prezidenti Vladimir Putini öldürməyə cəhd edib.
Tribunainfo.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu barədə amerikalı jurnalist Taker Karlson məlumat verib.
“ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinken, məsələn, Putini öldürməyə çalışaraq, əsl müharibəyə sövq etməyə o qədər can atırdı. Bayden administrasiyası Putini də öldürməyə çalışdı”, – Karlson jurnalist Mett Taibbiyə deyib. Carlson bütün müsahibəni X səhifəsində dərc edib.
Buna baxmayaraq, keçən il Putindən müsahibə alan amerikalı jurnalist iddiasını təsdiqləyən heç bir təfərrüat və sübut təqdim etməyib.
Karlson siyasi rəqibi yox etmək üçün bu cür cəhdlərin dəlilik olduğu fikrini də ifadə edib.
Dəniz