BU ŞƏXSLƏR ALMANİYADAN DEPORTASİYA EDİLƏCƏK… YENİ QƏRARbackend

BU ŞƏXSLƏR ALMANİYADAN DEPORTASİYA EDİLƏCƏK… YENİ QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya hökuməti və əyalət baş nazirləri Berlində keçirilən görüşdə müraciətləri rədd edilən miqrantların dərhal ölkədən deportasiya edilməsilə bağlı qərar verib.

Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyada sığınacaq axtaranların sayının artması səbəbindən belə qərar qəbul edilib. Federal hökumət və əyalət hökumətləri bəzi konkret tədbirlərin görülməsi barədə razılığa gəliblər.

Almaniya kansleri sərhəddə nəzarətin gücləndirilməsi ilə bağlı göstəriş verib. Konsler bildirib ki, böyük çətinliklərlə qarşı-qarşıyayıq.

Qeyd edək ki, Almaniya başda olmaqla, Avstriya, İtaliya da sərhədlərinə nəzarətin gücləndirilməsi ilə bağlı göstəriş verib.