“BU ŞƏRƏFSİZ TƏŞKİLAT…” – BAKIDAN “FREEDOM HOUSE” TƏPKİSİ

“BU ŞƏRƏFSİZ TƏŞKİLAT…” – BAKIDAN “FREEDOM HOUSE” TƏPKİSİ  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamentinin faktiki strukturu olan və ABŞ büdcəsindən birbaşa subsidiya alan “Freedom House” təşkilatı Azərbaycana qarşı növbəti dəfə təxribata əl atıb. “Qlobal azadlıqlar” və “internet azadlığı” indeksi adlandırdıqları göstəricilərdə də Azərbaycana eyni reytinq müəyyən edilib. Bu şərəfsiz təşkilat xəritədə Qarabağı da ayrıca subyekt kimi göstərir.

Tribunainfo.az xəbər verir ki, hüquq müdafiəçisi Sahib Məmmədovun fikrincə, sözügedən təşkilata görə, hələ “sarsax respublikası” mövcuddur:

“Bu, Azərbaycanın ərazi bütövlüyünə qəsddir.
Ermənistan isə hər iki indeksdə azad ölkə kimi qeyd olunur. Rejimi isə demokratiyaya keçid edən hakimiyyət kimi xarakterizə edir. Samanta bibiləri gələn il 100% demokratik ölkə elan edəcək Ermənistanı”.