Bu şənbə tam iş günü olacaq

Bu şənbə tam iş günü olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iş və istirahət günlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edib.

 Tribunainfo.az-ın məlumatına görə, 2024-cü ilin 12 və 13 noyabr iş günləri, müvafiq olaraq 16 və 23 noyabr tarixləri ilə əvəz edilib.

Bu dəyişiklik iş və istirahət günlərinin ardıcıllığının qorunması məqsədini güdür. 9 noyabr qeyri-iş günü olduğu üçün, həmin günə uyğun olaraq 11 noyabr da qeyri-iş günü kimi müəyyən edilib.

Bu dəyişikliklə 8, 9, 10, 11, 12 və 13 noyabr tarixləri ardıcıl qeyri-iş günləri olur. Nəticədə bu şənbə 16 noyabr və növbəti şənbə 23 noyabr iş günü hesab edilir.