İspaniyanın paytaxtı Madrid-də toplu nəqliyyatda ilk dəfə sürücüsüz elektrik avtobusu sınaq yürüşünə çıxıb.
Tribunainfo.az aa.com.tr-a istinadən xəbər verir ki, Layihə Avropa Hərəkətlilik Həftəsi çərçivəsində, şəhərin Casa de Campo parkında təqdim olunub.
12 sərnişin tutumuna malik avtobus, hazırda kiçik bir marşrut üzrə – cəmi 6 dayanacaq arasında hərəkət edir. Normal şəraitdə saatda 40 km sürətlə gedə bilən nəqliyyat vasitəsi, sınaq mərhələsində maksimum 15 km/saat sürətlə hərəkət edib. Onun batareyasının iş müddəti 8-10 saatdır.
Layihənin texniki tərəfdaşlarından olan CTAG Elektronika və Ağıllı Mobillik Bölməsinin direktoru Fransisko Sançes bildirib ki, bu avtobus əsasən qısa məsafələrdə – park, universitet, sənaye zonası kimi ərazilərdə istifadə üçün nəzərdə tutulub:
“Bu, böyük şəhər avtobuslarını əvəz etməyəcək, amma onların gedə bilmədiyi yerlərdə ideal həll ola bilər” – deyə o vurğulayıb.
Hazırkı qanunvericiliyə görə, İspaniyada ictimai nəqliyyat vasitələrinin tam sürücüsüz işləməsinə icazə verilmir. Buna görə də sınaq yürüşündə avtobusda bir “gözetimçi” sürücü də olub.
Madrid rəhbərliyi 2026-cı ildən etibarən belə sürücüsüz elektrikli avtobusları şəhərin müxtəlif hissələrində istifadəyə verməyi planlaşdırır.