Bu gün Bakıda keçirilən “Bu Şəhərdə” konserti başlamazdan öncə gözlənilməz hadisə baş verib.
Tribunainfo.az xəbər verir ki, tamaşaçılarla dolu zalda tamaşa başlamazdan qabaq bir qadın ərini başqa bir qadınla tutub. Beləliklə, tamaşa səhnədə yox, zalda davam edib.
Əlbəyaxa dava zamanı qadın ərinə qışqırıb sonra digər qadınla saçyolduya çıxıb.
Tamaşaçılar hadisəni lentə alaraq sosial şəbəkələrdə yayıb, digər tamaşaçılar isə onları sakitləşdirməyə çalışıb.
“Bu Şəhərdə” kollektivi sosial şəbəkələrdə yayılan görüntülərin konsertin bir hissəsi olduğunu bildirib.
Konsertdən əvvəl heç bir insident yaşanmayıb. Görüntülər əvvəlcədən hazırlanmış səhnəcik olub.
Ətraflı videoda: