Hindistanda eksperimental şəhərcik kimi qurulan Auroville şəhərində insanlar həyatlarını siyasətsiz, dinsiz və pulsuz yaşayırlar.
Tribunainfo.az Haber Türk-ə istinadən xəbər verir ki, yaradılan icma sözün həqiqi mənasında utopik olmaqla yanaşı, həm də realdır.
Cəmiyyətlər həmişə eyni təməllər üzərində formalaşıblar; siyasət, din və pul. Bununla belə, Hindistanın Aurovil şəhərində insanların həyatı bütün qaydalara ziddir. İnsanlar burada siyasətsiz, pulsuz və dinsiz yaşayırlar.
Auroville mənəviyyatın əhatə olunduğu, lakin heç bir dini mənsubiyyəti olmayan bir yerdir. Sakinlər öz mənəvi yollarını araşdırmaqda və fərdi inancları ilə səsləşən təcrübələrlə məşğul olmaqda sərbəstdirlər.
Aurovildə pul anlayışını “töhfə iqtisadiyyatı” kimi tanınan sistem əvəz edir. Sakinlər pul mübadiləsi etmədən öz bacarıqlarını, vaxtlarını və enerjilərini cəmiyyətə təqdim edirlər və iş cəmiyyətə xidmət kimi görünür. Hər bir fərd öz qabiliyyətinə və maraqlarına uyğun olaraq cəmiyyətə töhfə verir. Lakin bütün resursların ümumi olması mülkiyyət anlayışını ortadan qaldırır.
Auroville şəhərinin bütün sakinləri cəmiyyətə təsir edən məsələ ilə bağlı öz fikirlərini açıq şəkildə ifadə edə və kollektiv qərar sistemi vasitəsilə prosesi istiqamətləndirə bilərlər. Bütün qərarlar kollektiv maraqlar nəzərə alınmaqla qəbul edilir. .