Bu şəhərdə 10 il bundan qabaq alınan evlərdə yaşayan ev sahibləri hər gün üçün 125 dollar qazanır.
Bu şəhərdə 10 il bundan qabaq alınan evlərdə yaşayan ev sahibləri hər gün üçün 125 dollar qazanır.
TİA.AZ fins.az-a istinadən xəbər verir ki, 2006-cı ildən bu ölkədə yaşayış səviyyəsi 2 dəfəyə yaxın artıb. Əhalinin gəlirlərinin artması həmçinin evlərə olan tələbat bu şəhərdə mənzil qiymətlərini sürətlə bahalaşdırır. Ekspertlər hazırda Stqoholmda ev almağın çox faydalı olduğunu bildirir. Belə ki, paytaxtda, mərkəzdə yerləşən evlərin kvadrat metri 12 min dollar təşkil edir. Bu rəqəm digər Avropa meqapolislərində yerləşən evlərdən daha bahadır. Parisdə evlərin kvadrat metri daha ucuzdur.
Stoqholmun digər şəhərlərdən fərqi, hətta Lehman Brothers böhranından sonra da qiymətlərdə enmənin baş verməməsidir. Hazırda Berlində evlərin kvadrat metri 6 min dollardı bu göstərici Stoqholmda 6 il bundan qabaq belə olub. Danimarka paytaxtı Kopenhagendə evlər Stoqholmdan iki dəfə ucuzdur.