Böyük Britaniyada insanları öz həyatlarına son qoymağa təşviq etdiyi iddia edilən anonim internet saytı ilə bağlı rəsmi araşdırma başlayıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Sözcü” qəzeti məlumat yayıb.
Məlumat və Rabitə Nəzarət Təşkilatı “Ofcom” tərəfindən aparılan araşdırmanın bir hissəsi olaraq, platformanın ən azı 50 intihar hadisəsi ilə əlaqəli olduğu düşünülür.
Qeyd edək ki, minlərlə istifadəçisi olan platformada uşaqlar var və üzvlər insanın həyatına son qoyma üsulları haqqında məlumat paylaşır və bu prosesdə istifadə oluna biləcək maddələrə necə çatmağı müzakirə edirlər.
Dəniz Pənahova