Bu sahələrdə ciddi bahalaşma olacaq – XƏBƏRDARLIQ

Bu sahələrdə ciddi bahalaşma olacaq – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

El-Nino təbii cərəyanı dünyada ərzaq və digər məhsulların qiymətinin əhəmiyyətli şəkildə artmasına səbəb olur.

Bu bahalaşma bütün dünyada inflyasiya təzyiqini artırmaqla hökumətləri sərt monetar siyasəti uzun müddətə davam etdirməyə məcbur edir.

Bu isə yüksək uçot dərəcələrinin uzun müddət qalması, iqtisadiyyatların maliyyələşmə imkanlarının məhdudlaşması, son nəticədə iqtisadi artımın və istehsalın zəifləməsi deməkdir.

İnkişaf etməkdə olan ölkələrdə ərzaq xərcləri əhalinin istehlak xərclərinin 30 faizindən yuxarısını təşkil edir. Qlobal ərzaq qiymətlərindəki bahalaşma bu xərcləri daha da artırmaqla kasıblaşmanı sürətləndirir.

El-Nino adətən noyabr-fevral aylarında pik həddinə çatır. Lakin onun qlobal ərzaq istehsalına mənfi təsirləri uzunmüddətli dövrdə bazar qiymətlərini artırır.

Dünya Bankının hesablamalarına görə, cərəyan yalnız ərzaq deyil, kauçukun, odun məmulatlarının, sinkin də qiymətində artıma səbəb olur.

Qeyd edək ki, iyulun əvvəlində Ümumdünya Meteorologiya Təşkilatı bildirib ki, 2023-cü ilin ikinci yarısında El-Ninonun yaranması ehtimalı 90 fazidir. Adətən bu təbiət hadisəsi 2-7 ildən bir baş verir və 9-12 ay davam edir. O, Sakit okeanın mərkəzi və şərq hissəsində suyun temperaturunun kəskin artımına səbəb olur.

Bu il El-Nino artıq Panama kanalının dayazlaşmasına, gəmilərin hərəkətinin ləngiməsinə səbəb olub. Bu isə dünyada ticarət daşımalarının müddətini artırmaqla qiymətləri yüksəldir.

Avqustun əvvəlində Ümumdünya Səhiyyə Təşkilatı El-Ninonun təmzi su, kənd təsərrüfatı məhsullarına çatım imkanlarını məhdudlaşdırır.