Bu saatlarda uşaqları havaya çıxarmayın – Həkim

Bu saatlarda uşaqları havaya çıxarmayın – Həkim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qızmar havalarda saat 11-dən 17-yə kimi açıq havada olmaq düzgün deyil.

Xüsusilə belə havalarda 3 yaşa qədər uşaqları günvurmadan qorumaq lazımdır.

Tribunainfo.az xəbər verir ki, bu barədə pediatr Vaquf Qarayev məlumat paylaşıb. O bildirib ki, mümkan qədər saat 6-a qədər uşaqları günəşdən qorumaq lazımdır:

“Qızmar havalarda saat 11-dən 17-yə kimi açıq havada olmaq düzgün deyil. Bu standart kimi qəbul edilib. Ancaq mən deyərdim ki, heç bu saatda da bayıra çıxmaq olmaz. Uşaqları xüsusilə qoruyun. 3 yaşa qədər uşaqları günvurmadan qorumaq mütləqdir.
Ən yaxşısı axşam saat 6-dan sonra uşaqlar sərin yerlərdə olsunlar. Valideynlər bilməlidir ki, uşaqları həm günvurmadan, həm də kondisioner bəlasından qorumaq lazımdır!”.

Gülşən Rəsul