Bu restoranlarla bağlı tədbir görüləcək – RƏSMİ

Bu restoranlarla bağlı tədbir görüləcək – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə növbəti monitorinq tədbirləri keçirib.

Tribunainfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev bildirib.

Onun sözlərinə görə, çoxmənzilli yaşayış binasının qeyri-yaşayış sahəsində fəaliyyət göstərən bəzi ictimai iaşə obyektlərində maye karbohidrogen qaz balonları ilə dolu propan qaz balonlarından istifadə halları aşkar edilib: “Bu balonlara yüksək təzyiq altında qaz doldurulur, bunların sızması, onların texniki təhlükəsizlik tələblərinə cavab verməməsi kimi hallar partlayış, o cümlədən də yanğınla müşayiət olunan partlayış hadisələri ilə nəticələnir”.

C. Xudiyev qeyd edib ki, əhalinin sağlamlığının, o cümlədən dövlətin əmlak maraqlarının müdafiəsinin təmin edilməsi məqsədilə aparılan monitorinq çərçivəsində sahibkarlarla aparılan profilaktik söhbətlərin nəticəsi olaraq, bu cür qurğuların obyektlərdən kənarlaşdırılması təmin olunacaq. Belə qanun pozuntularına yol verən şəxslərlə bağlı növbəti yoxlamalar zamanı qanunvericilikdə nəzərdə tutulan ciddi tədbirlər görüləcək: “Yanğın təhlükəsizliyi haqqında qanunda vətəndaşların, o cümlədən müəssisə rəhbərlərinin üzərinə istifadələrində olan ərazilərdə yanğın təhlükəsizlik qaydalarının tələblərinə ciddi riayət etmək öhdəliyi qoyulur. Bu, onların vəzifə borclarıdır”.