İmişli rayonunun hərbi komissarı Xəyyam Babayev saxlanılıb.
Azərbaycan Respublikası Hərbi Prokurorluğundan bildirilib ki, istintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi vəzifəsini icra edən, polkovnik-leytenant Babayev Xəyyam Mirzə oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri ilə ittiham elan edilib, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.
– – – –
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon bölməsinin rəisi vəsifəsini icra edən polkovnik-leytenant Xəyyam Babayev saxlanılıb.
Polkovnik-leytenant külli miqdarda rüşvət almaqda ittiham olunur.
X.Babayev bundan əvvəl Xidmətin Goranboy, daha sonra Ağdam rayon bölməsinin rəisi olub.
İş üzrə ilkin istintaq aparılır.
Qeyd edək ki, bu yaxınlarda bir neçə indiki və sabiq hərbi komissar mənimsəmə və rüşvət almaya görə həbs edilib.