Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Tribunainfo.az -a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı Şəmkir, Oğuz, Şamaxı, Quba, Biləsuvar, Astarada 1 mm-dək olub.
İyulun 13-də şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir Culfada 18 m/s-dək güclənib.
Lerik, Qrız, Şahdağda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 37, Aran rayonlarında 37, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.