14 yaşlı qızını 20 yaşlı oğlanla nişanlayan ata həbs olunub.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu paylaşıb. O bildirib ki, hadisə Sabirabad rayonunun Əsədli kəndində qeydə alınıb:
“Bu barədə məlumat polisə daxil olduqdan sonra nişanlanan yeniyetmə ilə gəncin atası Sabirabad Rayon Polis Şöbəsinə dəvət edilib.
Burada məlumatlar dəqiqləşdirilərkən 14 yaşlı qızın atası S.Fərzalıyev qışqıraraq söyüş söyməyə, qızı ilə nişanlanan oğlanın atasını təhqir etməyə başlayıb.
O, qızını nişanlamaq fikrinin olmadığını, qarşı tərəfin təkidi ilə “Həri” məclisinin olduğunu deyib.
İctimai asayişi pozan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Sabirabad Rayon Məhkəməsinin qərarı ilə S.Fərzalıyev 8 sutkalıq həbs edilib”.
Gülşən Rəsul