Bu rayona gedənlərin NƏZƏRİNƏ! – Qaya parçaları yolu BAĞLADI

Bu rayona gedənlərin NƏZƏRİNƏ! – Qaya parçaları yolu BAĞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün axşam saatlarından etibarən Quba rayonunun dağlıq ərazilərinə leysan xarakterli yağış yağıb.

APA-nın verdiyi məlumata görə, yağış sularının gətirdiyi qaya və daş parçaları Quba-Xınalıq yolunda hərəkəti məhdudlaşdırıb.

Hazırda yolun 50-57-ci km-də hərəkətin bərpası istiqamətində işlər davam etdirilir.

Quba Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, hərəkətin qısa zamanda bərpası istiqamətində işlər dava etdirilir.