backend

Bu raket İrəvanı yerlə yeksan edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin iclasında bildirib ki, ölkənin hərbi potensialının gücləndirilməsi üçün böhranlara, neftin ucuzlaşmasına baxmayaraq, əlavə tədbirlərin görüləcək. Prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin iclasında bildirib ki, ölkənin hərbi potensialının gücləndirilməsi üçün böhranlara, neftin ucuzlaşmasına baxmayaraq, əlavə tədbirlərin görüləcək.

Dövlət başçısının sözlərinə görə, keçən il bu istiqamətdə önəmli addımlar atılıb. Ali Baş Komandan diqqətə çatdırıb ki, bizim yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlarımız var. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə nümayiş etdirilməyib.

“Hərbi xərclər bizim büdcə xərcləri arasında birinci yerdədir. Bu, belə də olmalıdır. Biz müharibə şəraitində yaşayırıq. Bütün böhranlara, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, biz ordumuzu ən müasir silah-sursat, texnika ilə təmin edirik. Keçən il çox önəmli addımlar atılıb. Ən müasir silahlar ölkəmizə gətirilib və bu il də bu proses davam edəcək. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, həm döyüş qabiliyyəti, həm təminat-təchizat baxımından. Bizim yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlarımız var. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə nümayiş etdirilməyib. Lazım olan vaxtda, lazım olan yerdə onlar nümayiş etdiriləcək”,- prezident vurğulayıb.

Prezidentin çıxışına münasibət bildirən hərbi ekspert AzVision.az-a bildirib ki, Azərbaycanda Silahlı Qüvvələrə xüsusi diqqət yetirilir. Ordumuz yeni hərbi texnikalar və yüksək dəqiqliyə, dağıdıcı gücə malik müasir silahlarla təmin edilir.

Rəşad Süleymanovun fikrincə, Azərbaycan fərqli coğrafiyada yerləşən ölkələrlə əməkdaşlıq edir: “Dekabr ayında biz müsair raket sistemlərindən bəzilərini gördük. Bundan əvvəl Azərbaycanda keçirilən hərbi səgidə əldə olunan müəyyən silah və texnikalar nümayiş olunub. Aprel döyüşlərində Azərbaycan son illərdə aldığı silahların 10-15 faizindən istifadə etmişdi. Ordumuzun istifadəsində müasir uzaq mənzilli reaktiv yaylım atəş sistemləri, artileriya sistemləri, pilotsuz uçuş aparatlar var. Azərbaycanın pilotsuz hava vasitələri havada 48 saata qədər qala bilir. Ölkəmizdə istehsal olunan pilotsuz uçuş aparatlar silahlanmamıza daxil olmağa başlayıb. Həmin aparatlar 16 və 24 saata qədər havada qalmaq imkanlarına malikdir. Bu, potsovet məkanında ən böyük göstəricidir. Azərbaycanın pilotsuz aviasiya parkı öz dayanıqlığına görə Rusiya, Ukrayna və Belarusu qabaqlayır”. 

Ekspert bildirib ki, ölkə başçısının qeyd etdiyi kimi ordumuzun yüksək dəqiqliyə və dağıdıcı qüvvəyə malik ən müasir silahları var: “Azərbaycan İsraildən 40-50 km mənzilə malik “Lynx LAR-160”, 150-160 km mənzilə sahib “EXTRA”, Türkiyədən 40 km mənzilə sahib “TR-122 Sakarya”, 105-130 km-lik TR-300 “Qasırğa” alıb. Pakistandan və digər ölkələrdən daha uzaq mənzilli raketlərin tədarükünü həyata keçirilib. Son olaraq Belarus tərəfi Azərbaycanla 250 km mənzilə malik “Polonez” raket kompleksinin alqı-satqısına dair razılıq əldə olunduğunu açıqlayıb. Bu gün Azərbaycan Ermənistan ərazisindəki istənilən hədəfi yüksək dəqiqliklə vurmaq imkanına malikdir. 

Cənab prezidentin Naxçıvan səfərində ölkəmizdə olan bəzi yeni silahlar göstərildi. Orada diqqət çəkən silah Türkiyədən aldığımız 300 mm-lik “Qasırğa” raketləridir. Bu raketlərin atış mənzili 130 kilometr məsafədir. Naxçıvanla Ermənistanın paytaxtı İrəvan arasındakı məsafə hava yolu ilə təxminən 70-75 kilometrdir. Cənab prezidentin ötən səfərində nümayiş olunan “Smerç” və “Qasırğa” ilə nəinki İrəvanı, Ermənistanın dərinliyindəki istənilən təhlükə yaradan hədəfləri məhv etmək olar. Həmçinin Naxçıvandan Qarabağdakı erməni hədəflərinə də zərbələr endirmək mümkündür”. 

R.Süleymanov, həmçinin aprel döyüşlərində istifadə olunan 1000 km məsafəyə qədər uçan “Harop” gəzən sursatından bəhs edib: “Bu, dünyada yeni bir texnologiyadır. 15-70 kiloqram arasında döyüş başlığı daşıyır. Bunula istənilən strateji qərargahı və yaxud yaşayış binasını məhv etmək mümkündür. Həmçinin bölgədə Rusiyadan sonra yalnız bizdə olan “TOS-1A” nı misal gətirmək olar. Buna “Cəhənnəm silahı” da deyilir. Həmçinin ordumuzda olan “Toçka-U” operativ taktiki raketləri 120 km məsafədə düşmənin strateji obyektlərini dəqiqliklə məhv etməyə imkan verir. Bunlar bizim təlimlərdə və paradda gördüyümüz silahlardır. Təbii ki, cənab prezidetin qeyd etdiyi kimi bəzi silahlarımız var ki, nümayiş olunmayıb. Həmin silahları lazım gəldikdə düşmən üzərində sürpriz olaraq görəcək”.