Bu qurumun 20 əməkdaşı etiraz edərək İŞDƏN ÇIXDILAR

Bu qurumun 20 əməkdaşı etiraz edərək İŞDƏN ÇIXDILAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin (YTB) əməkdaşları kütləvi şəkildə işdən çıxıb.

“Unikal”ın əldə etdiyi məlumata görə, YTB-nin Ağac Bəzək Bitkiləri Sovxozunun 20-dən çox əməkdaşı ağır iş rejimi və əməkhaqqı azlığı səbəbindən öz ərizələri ilə işdən ayrılıblar. Narazı işçilər bildiriblər ki, iş saatından artıq və istirahət günlərində də işə çıxarılsalar da, əlavə ödənişlər edilmir.