Bu qurumların satınalma müqaviləsi bağladığı şirkət etibrasız təchizatçı çıxdı

Bu qurumların satınalma müqaviləsi bağladığı şirkət etibrasız təchizatçı çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dövlət satınalmalarında fəal iştirak edən “Mebel Afəroğlu” şirkəti etibarsız təchizatçı elan edilib.
Qaynarinfo-nun məlumatına görə, şirkət gələn ilin avqust ayınadək tenderlərdə iştirak edə bilməz.
“Mebel Afəroğlu” şirkəti 2018-ci ildə 10 000 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Məmmədov Afər Məmməd oğludur. Şirkət 2019-cu ildən bu yana 30 satınalma müqaviləsi bağlayıb.
“Mebel Afər” şirkəti ilə satınalma müqaviləsi bağlayan təşkilatlar arasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Suraxanı Tibb Mərkəzi, Qida Təhlükəsizliyi Agentliyi, Tibb Universiteti, Gəncə Regional Turizm Mərkəzi, Kliniki Tibbi Mərkəz və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi də var.