“Bu qurumların bir-birindən xəbəri yoxdur”

“Bu qurumların bir-birindən xəbəri yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı Rövşanə Ağasəfqızı küçələrində aparılan qazıntı işlərinə görə qurumlardan şikayətçidir. Axşam.az xəbər verir ki, bu barədə aparıcı sosial media hesabında paylaşım edib. O, küçələrindəki yolun müxtəlif qurumlar tərəfindən 4 dəfə qazıldığını açıqlayıb:

“Bizim keçə eksperiment məkanına çevrilib. “Azərsu” işini görüb qurtardı, Regional Su Meliorasiya Xidməti işini görüb bitirdi, indi də “Azərişıq”. Güləmli vəziyyət yaranıb, deyiləsi deyil. Gəlib boruları basdırıb getdilər, indi yenidən qazma işləri aparılır. Bu qurumların bir-birindən xəbəri yoxdur. Yer üzündə belə bir şey görülməyib. 4 dəfə torpaq qazılır, toz-torpaq yaranır. Belə biabırçı vəziyyətdədir bizim döngə”.