Bu qiymətə Avropa vətəndaşı olmaq olar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2 milyon avro ödəyərək, Avropa İttifaqı vətəndaşı olmaq mümkündür.

 

2 milyon avro ödəyərək, Avropa İttifaqı vətəndaşı olmaq mümkündür.

TİA.AZ Ölkə.Az-a istinadən xəbər verir ki, Kiprin yunan hissəsində 2013-cü ildən tətbiq edilən “qızıl viza” proqramı çərçivəsində verdiyi Avropa İttifaqı vətəndaşlığı qarşılığında 4 milyard avro qazandığı məlum olub. 

Qərb mətbuatının xəbərinə əsasən, aralarında rüşvətxorluq və korrupsiyada ittiham edilən rus və ukraynalı milyarderlərin də olduğu yüzlərlə insan Kiprin yunan hissəsində “qızıl viza” proqramı çərçivəsində Avropa İttifaqı pasportuna sahib olub.

Qəzetə ötürülən sənədlərə əsasən, Kiprin yunan hökuməti 2013-cü ildən bu yana tətbiq etdiyi proqram çərçivəsində 4 milyard avrodan çox gəlir əldə edib. Təkcə ötən il bu proqram çərivəsində 400-dən çox pasport verilib.

Xəbərə əsasən, pasport alanlar arasında Rusiya Dumasının bir sabiq millət vəkili, Ukraynanın ən böyük ticarət bankının qurucuları da var.

“Qızıl viza” proqramına görə, ölkədə 2 milyon avroluq daşınmaz əmlak alan və ya 2.5 milyon avroluq şirkət və ya sərmayə qoyan şəxslər bu ölkənin vətəndaşı ola bilərlər.

Proqramdan faydalanmaq üçün hər hansı bir dil və ya qeydiyyat şərti yoxdur. Pasport alan şəxslər 7 ildən bir ölkəyə giriş etməlidirlər.

Amma bu proqramı tənqid edənlər prosesin şəffaf işləmədiyini, xüsusilə korrupsiya ilə ittiham edilən bir çox insanın ölkələrindəki qanundan qaçmaq üçün asanlıqla Aİ vətəndaşlığına keçə bildiyini deyirlər.

Sərmayə qarşılığında vətəndaşlıq verən proqramlar təkcə Kiprdə yox, digər Aİ üzvü ölkələrdə var. Məsələn, 2008-ci il böhranından əziyyət çəkən Maltada da buna bənzər proqram təqdim edilmişdi. Amma Malta hökuməti şəffaflıq üçün vətəndaşlığa müraciət edənlərin siyahısını açıqlamışdı.

Portuqaliyada isə 500 min avro dəyərində daşınmaz əmlak alan şəxslərə oturmaq icazəsi verilir və həmin şəxslər 6-cı ildə vətəndaşlıq üçün müraciət haqqı qazanır.

İspaniyada da eyni məbləğə oturma icazəsi verilir. Amma vətəndaşlıq üçün müraciət edən şəxslər 10 il müddətində bu ölkədə yaşamalıdırlar.