BU QİDALARI YEMƏYİN – XƏRÇƏNG XƏSTƏLİYİ YARADIR

BU QİDALARI YEMƏYİN – XƏRÇƏNG XƏSTƏLİYİ YARADIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olub ki, səhər yeməyində istehlak edilən bəzi qidalar xərçəngə səbəb olur.

Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, tədqiqatçıların araşdırmalarına görə, çox işlənmiş qida qəbulu ağız və boğaz xərçənginə səbəb ola bilər. Bəs xərçəngə səbəb olan 3 qida hansılardır?

Bir çox insanlar səhər yeməyi üçün işlənmiş qidalara üstünlük verirlər, çünki onların hazırlanması asan və dadı xoşdur. Yeni araşdırmaya görə, çox işlənmiş qida qəbulunun ağız və boğaz xərçənginə səbəb ola biləcəyi qənaətinə gəlinib. Səhər yeməyində istehlak edilən emal olunmuş qidalar ümumiyyətlə sağlam olmayan hesab olunur və piylənmə ilə əlaqələndirilir. Ancaq yeni bir araşdırma bu qidalardan istifadənin də xərçənglə əlaqəli olduğunu irəli sürür.

Səhər yeməyində tez-tez istehlak edilən həddindən artıq işlənmiş qidalar arasında:
– Səhər yeməyi taxılları
– Emal edilmiş ət məhsulları olan kolbasa
– Meyvə ətirli qatıqlar mövcuddur

Bristol Universiteti və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin tədqiqatçılarının araşdırmalarına görə, 14 il ərzində yarım milyona yaxın insanın qidalanması və həyat tərzi araşdırılıb. Araşdırmaya görə, yüzdə 10 daha çox ultra işlənmiş qida istehlakının yüzdə 23 daha çox baş və boyun xərçəngi və yüzdə 24 daha çox qida borusu xərçəngi ilə əlaqəli olduğu ortaya çıxıb.