Bəzi məhsulları qarışdırıb istehlak ettmək qan laxtalanmasını və təhlükəli ağırlaşmaların riskini artırır.
Araşdırmalara görə, qidalarda dadlandırıcıların istifadəsi qan laxtalanmasını artıraraq ciddi fəsadlar riskini artırır.
Tədqiqatlar göstərir ki, ksilitol kimi müəyyən növ dadlandırıcılar insan sağlamlığına mənfi təsir göstərə bilər. Şəkər spirti olaraq da bilinən ksilitol tez-tez əlavə olaraq istifadə olunur və adi şəkərdən 40% daha az kalori ehtiva edir. Təbii olaraq meyvə və tərəvəzlərdə az miqdarda olur və insan orqanizmi tərəfindən də istehsal olunur.
Ksilitol şəkərsiz saqqız, konfet, bişmiş məmulatlar, diş pastası və keto qidaları da daxil olmaqla müxtəlif məhsullarda geniş istifadə olunur.
Tədqiqatçılar 3000-dən çox iştirakçının qanında ksilitol səviyyəsini ölçüblər və ksilitol səviyyəsi aşağı olanlarla müqayisədə üç il ərzində infarkt, insult və ya ölüm riskinin təxminən iki dəfə yüksək olduğunu aşkar ediblər.
Alimlər ksilitol və buna bənzər şəkər spirtlərindən uzaq durmağı məsləhət görür. Bunun əvəzinə şirin dad əlavə etmək üçün az miqdarda adi şəkər, bal və ya meyvə kimi təbii əvəzedicilərdən istifadə etmək daha yaxşıdır.