İnsanların qocalması təbii proses olsa da, bəzi qidalar bu prosesi sürətləndirir. Əksər insanlar isə qocalmağı gecikdirmək və daha gənc görünmək üçün əllərindən gələni edirlər. Yaşlanmanın qarşısını aldığı deyilən məhsullar, cavanlaşmaq üçün edilən müxtəlif prosedurlar… Amma bəzi qidalar var ki, onlar insanı tez qocaldır. Düzgün şəkildə qidalanaraq, müəyyən qidaları qəbul etməməyə diqqət edərək daha gənc görünmək mümkündür.
“Qafqazinfo” xarici mətbuata istinadən dərini yaşlandıran bəzi qidaları təqdim edirik:
1. Həddindən artıq fast-food və çox qızardılan ət qəbul etmək insanı tez qocaldır.
2. Pendir, kolbasa, cips, kraker kimi məşhur qidalar böyük miqdarda duzehtiva edir. Həddindən artıq duz istehlakı da bədəninizin susuzlaşmasına səbəb olur. Bu, dərinizin qırışmasına və daha tez qocalmağınıza gətirib çıxarır.
3. Qədərindən artıq şəkər istehlakı bədəninizdə qlikasiya adlanan prosesi sürətləndirir. Bu da dərinizi möhkəm saxlayan və qırışlardan qoruyan kollageni zədələyir.
5. Acı və ədviyyatlı qidalar qan damarlarınızı genişləndirdiyi üçün dəridə xəstəliklərin yaranmasına səbəb ola bilər. Bu da dərinizin qızarması, ləkələnməsi və tez qocalması ilə nəticələnir. Ara-sıra ədviyyatlı qidalar qəbul etmək olar, lakin bu cür qidaların tez-tez istifadəsi dərinizdə qabarcıqlara və qalıcı qızartılara səbəb ola bilər.
6. Trans yağ həm ürəyin, həm də dərinin ən böyük düşmənidir. Qızardılmış qidaların, fast-foodların, konservlərin tərkibində trans yağ var və bu da dəri sağlamlığına zərər verir. Trans yağların qəbulu dəridə qırışlar yaradır və vaxtından əvvəl qocaldır.
7. Qazlı içkilər çox vaxt şəkərlə zəngin olur, bu da qan şəkərinin səviyyəsini artırır. Yüksək qan şəkəri zamanla diabetə səbəb olur. Elmi araşdırmalar şəkərli içkilərin qocalmanı sürətləndirə biləcəyini göstərir.
Sağlam bir dəriyə sahib olmaq üçün vitamin və minerallarla zəngin qidalardan istifadə etməyə diqqət edin. Dərinin çoxlu vitaminlərə ehtiyacı var. A, C, E və kimi vitaminlər dəri sağlamlığını qoruyur. Dərinin sağlamlığını qorumaq üçün vücudunuzun hər gün ehtiyac duyduğu qədər su içməyi unutmayın. Su dəri üçün böyük nəm mənbəyidir. Hər gün 8-10 stəkan su içməklə dəri sağlamlığınızı qoruya bilərsiniz.