BU QİDALAR EYNİ ANDA YEYİLƏRƏSƏ…backend

BU QİDALAR EYNİ ANDA YEYİLƏRƏSƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qida qəbul etmək orqanizmimiz üçün şərtdir. Ancaq bu qidaları qəbul edərkən həm də diqqət etməli olduğumuz məqamlar var. Qidanın köhnə olmaması, saxlandığı şəraitdən başqa həm də hansı qidanın hansı ilə yeyilib-yeyilməməsini də bilməliyik.

Tribunainfo.az xəbər verir ki, birgə yeyilməsi məsləhət görülməyən və zərərli hesab edilən qidalar var. Məsələn, kakao və südün bir yerdə yeyilməsi məsləhət görülmür.
İçərisində bol miqdarda oksalit asid olan kakao süddəki kalsiyum ilə birləşdiyi zaman bədəndə sorulma prosesi getmir. Bu da qısa vaxtda böyrək xəstəliklərinin yaranmasına səbəb olur.

Xüsusilə uşaqların və gənclərin secdiyi pitsa və koka-kolanın da birgə yeyilməsi olduqca zərərlidir. Pitsa yeyərkən kola içmək ağır həzm pozğunluğuna səbəb olur. Bu vəziyyət də mədənin işini ləngidərək köpə səbəb olur.

Salata qatılan limon və sirkə də zərərli cütlükdür. Vitamin baxımdan zəngin olan salatlar ancaq yağsız, limonsuz və sirkəsiz olduğu halda lazımlı maddələrlə bədənimizi təmin edə bilir. Buna görə də, salat yeyərkən limon və sirkəni uzaq tutmaq məsləhət görülür.

Soğan və sarımsağın faydaları heç kimə sirr deyil. Ancaq bu tərəvəzlər birlikdə yeyildiyi zaman ciddi şəkildə təklükə yarada bilər. Belə ki, bu halda dəridə ləkələr, baş dönməsi və həzm pozğunluğu kimi problemlərlə qarşılaşa bilərik.

Digər zərərli cütlük isə düyü və turşudur. Düyü ən çox istifadə etdiyimiz qidalar arasında yer alır. Bəziləri düyünün zərərli olduğunu söylədiyi halda, bəziləri tərəfindən düyü əvəzsiz vitamin mənbəyi hesab olunur. Ancaq dəqiqliklə deyilən bir şey var ki, düyü yeyərkən turşu və ya salat yemək olmaz. Əgər düyünü belə yesəniz, ciddi mədə xəstəlikləri, hətta daha da irəlidə bağırsaq problemləri ilə qarşılaşa bilərsiniz.