backend

“Bu qəzanın baş verməsinə səbəb hava şəraiti deyil…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçilərin Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri: “Dövlət Neft Şirkətində mütəxxəsis qıtlığı, məsuliyyətsiz idarə rəhbərləri var” 

Neftçilərin Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri: “Dövlət Neft Şirkətində mütəxxəsis qıtlığı, məsuliyyətsiz idarə rəhbərləri var”

“SOCAR-da təmir və tikinti işlərinin yoxlanılmasına ehtiyac var”.

Bu sözləri PİA.AZ-a hüquq müdafiəçisi , Neftçilərin Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı bu gün səhər saatlarında “Azneft” İB-nin N.Nərimanov adına Nefq Qaz Çıxarma idarəsində baş verən qəza hadisəsinə münasibət bildirərkən qeyd edib.

Bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Bu qəza nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Havanın pis keçəcəyi neçə gün əvvəldən bilindiyi halda neftçiləri vaxtında evakuasiya etmək mümkün idi? Baş verən hadisəni hansısa vəzifəli şəxsin səhlənkarlığı ilə əlaqələndirmək mümkündürmü?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı hüquq müdafiəçisi , neftçilərin hüquqlarının müdafiə cəmiyyətinin sədri Mirvari Qəhrəmanlıya müraciət edib.

Mirvari Qəhrəmanlı: “Bilmək istərdim, qəzalı estakadaya bitişik hissədə köşk qoymaq riskini anlamayan adamlar haqqında hansı ölçü götürüləcək”.

Neftçilərin Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri hesab edir ki, bu qəza birbaşa vəzifəli şəxslərin məsuliyyətsizliyinin nəticəsidir. Çünki uçan estakadada xırda təmir işlərini istisna etsək, heç bir əsaslı təmir işi aparılmayıb:

“Bu qəzanın baş verməsinə səbəb hava şəraiti və ya külək deyil. Külək estakadanı uçura bilməz. Onlar külək zamanı estakadının içərisində oturub. Bu keyfiyyətsiz işin nəticəsidir. Mən hesab edirəm ki, SOCAR-da təmir və tikinti işlərinin yoxlanılmasına ehtiyac var.

Qəza bütün komandanın səhlənkarlığı nəticəsində baş verib. Uçan estakada 1970-ci illərdə tikilib və indiyə kimi xırda təmir işlərini istisna etsək, heç bir əsaslı təmir işi aparılmayıb. Balansda da qəzalı və işlək olmayan estakada kimi göstərilirdi. Estakada uçarkən özünə bitişik işlək meydançanın bir hissəsini də çəkib, hansı ki işçilərin olduğu köşk yerləşirdi. Bu işdə tikinti, keyfiyyət yox , birbaşa təhlükəsiz istismar sorğulanmalıdır: Bilmək istərdim, qəzalı estakadaya bitişik hissədə köşk qoymaq riskini anlamayan adamlar haqqında hansı ölçü götürüləcək? Külək daş köşkü necə apara bilər? Daşdan tikilmiş köşk estakadanı uçurub, ya estakada köşkü aparıb? 150 metrlik estakada niyə uçmalıdır?

Estakadanın təmirinə fikir verməli idilər, yaralı olub – olmadığını yoxlamalı idilər. Tikilən budkanın estakadaya ağırlığına nəzər yetirməli idilər. Əksər mütəxəssisləri pensioner adı ilə işdən çıxardırlar. Dövlət Neft Şirkətində mütəxxəsis qıtlığı, məsuliyyətsiz idarə rəhbərləri var.Bu qədər qəzanın baş verdiyi İB-nin baş direktoru və mühəndisi işdən çıxarılmalı idi. Siz fikir verin ki, Azəriqaz-ın ucbatından hər həftə neçə nəfər dəm qazından zəhərlənib.

“Azneft” İB-nın N.Nərimanov Neft-Qaz çıxarma idarəsində 2014-ci ildə 3 qəza hadisəsi baş verib. Bu qəza hadisələri zamanı 5 nəfər həlak olub.Bu qəzalardan sonra heç bir qurum bu idarəyə hansısa cəza verməyib. Nəzərə alsaq ki, Azərbaycan Neft Şirkəti Azərbaycanın ikinci əsas büdcəsini təşkil edir. Belə bir statusu olan SOCAR-ın idarə və müəssələrindəki işyerləri normal olmalı, estakada uçmamalıdır. Belə bir hadisənin məsuliyyətini bütün komanda daşıyır. Ən əsas məsuliyyətdə Azneft İB-nin bütün komandasındadır”.