Sabunçu rayonu, Yeni Ramanı qəsəbəsində Kanala yaxın, meşəlik ərazidə su turbası iki tərəfdən də partlayıb.
Tribunainfo.az-a şikayət ünvanlayan sakinlər bildirib ki, 1 həftə öncə dəfələrlə zəng etmələrinə baxmayaraq problemi həll edən olmayıb.
Sakinlər suyu qismən azaltmaq üçün borunun üzərinə kubik yerləşdiriblər.
Redaksiyadan Suraxanı rayonu Sukanal İdarəsinin nömrələrinə zəng etsək də, nömrələr işləmir.