Bu qəsəbədəki bütün evlər qanunsuzdur — SÖKÜLƏCƏK? —RƏY

Bu qəsəbədəki bütün evlər qanunsuzdur — SÖKÜLƏCƏK? —RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yola yaxın tikilən həyət evlərinin söküləcəyi ilə bağlı şayiələr yayılıb.

İddialara görə, bəzi vətəndaşlar plana düşəcəkləri ümidi ilə evlərinə əlavə otaqlar tikərək sahəni genişləndirirlər.

Tribunainfo.az-a açıqlama verən daşınmaz əmlak üzrə ekspert Elnur Azadov bu iddialara aydınlıq gətirib.

Onun sözlərinə görə, söküntü ilə bağlı rəsmi məlumat yoxdur:

“Hazırda bu barədə heç bir qərar və ya plan mövcud deyil. Sadəcə olaraq qeyd etmək lazımdır ki, Sulutəpə qəsəbəsində tikilən bütün evlər qanunsuzdur. Bu səbəbdən də hər an söküntü məsələsi gündəmə gələ bilər”.

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi isə hələ açıqlanmayıb.

Dəniz Pənahova