Bu qəsəbədə 1300 abonentin qazı KƏSİLƏCƏK

Bu qəsəbədə 1300 abonentin qazı KƏSİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhər Corat qəsəbəsində yeni balans qovşağının quraşdırılması ilə əlaqədar olaraq saat sentyabrın 25-də saat 10:00-dan etibarən işlər başa çatana qədər 1 300 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib.

“Qaz İstismar İdarəsi abonentləri müvəqqəti narahatlığa görə üzr istəyir və təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir”, – məlumatda qeyd olunub.