Bu qarpızları yemək olmaz – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mövsüm meyvə, tərəvəz və giləmeyvələri bazar piştaxtalarında yerini alsa da, hələ də, onların bəzilərini almaqla bağlı tərəddüd yaşanır.  

Mövsüm meyvə, tərəvəz və giləmeyvələri bazar piştaxtalarında yerini alsa da, hələ də, onların bəzilərini almaqla bağlı tərəddüd yaşanır. 

Alıcıların ən çox tərəddüdü isə qarpızla bağlıdır. 

Ötən il bir neçə zəhərlənmə faktının qeydə alınması, bu il tərəddüdləri bir az da artırıb. İyulun sonunda keyfiyyətli qarpızın bazarlara çıxacağını deyilir. Bununla yanaşı bazarlara çıxarılan qarpızlar mütəxəssislər tərəfindən yoxlanılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibi Rövşən Ziya Publika.az-a açıqlamasında bildirib ki, Dövlət Xidmətinin müfəttişləri tərəfindən Azərbaycanın bütün topdansatış və parakəndə satış məntəqələrində fitosanitar nəzarət yoxlamalar həyata keçirilir: “Yoxlamalar zamanı müəyyən edilən keyfiyyətsiz kənd təsərrüfatı məhsulları dərhal satışdan çıxarılır və müəyyən olunmuş qaydalara uyğun olaraq zərərsizləşdirilir. Hazırda bazarlar satışa çıxarılan qarpız və yemiş məhsulları əsasən ölkə daxilində bostan şəraitində yetişdirilir”.

Onun sözlərinə görə, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən ölkənin topdansatış və parakəndə satış məntəqələrində satılan qarpız məhsulu üzərində mütamadi kimyəvi toksikoloji müayinələr aparılır: “Son müayinələr zamanı məhsulun üzvi tərkibi araşdırılıb, məhsullarda ağır metalların normal olduğu müəyyən olunub və hec bir toksiki birləşmələrə, nitrat və pestisid qalıqlarına rast gəlinməyib. Qarpız məhsullarında nitratın qalıq miqdarı norma üzrə 60 mq\kq olduğu halda, müayinə zamanı 20-40 mq\kq arasında dəyişib. Ağır metallar normadır. Üzvi tərkibinin müayinəsi zamanı hec bir toksiki birləşmələrə və pestisid qalıqlarına rast gəlinməyib”.

Xidmət rəsmisi həmçinin alıcılara xəbərdarlıq da edib: “Mövsümdən asılı olmayaraq, əgər məhsul aqrotexniki qaydalara əməl olunmaqla yetişdirilibsə və düzgün temperatura riayət olunmaqla saxlanılıbsa, istifadə zamanı heç bir təhlükə yarada bilməz. Ölkə daxilində qarpız və yemiş məhsulları əsasən iyun ayında açıq sahələrdə yetişdiyi üçün bu dövrdən etibarən yerli bostan məhsullarından istifadə edə bilərlər. Bildirək ki, qarpız və yemiş məhsulları soyuducuda uzun müddət saxlanıldıqda keyfiyyətini itirir, daxildə müəyyən çürümə prosesləri gedir və müəyyən toksiki maddələr artır. Buna görə də qarpız və yemiş kəsildikdən sonra bir və ya iki gün ərzində istifadə olunmalıdır. Belə olan halda, insan orqanizmi üçün hec bir təhlükə yarana bilməz”.