Qaraciyərin düzgün işləməsi üçün təmizlənməlidir. Təmizlənmədikdə bir çox müxtəlif xəstəliklərə səbəb olur.
Tribunainfo.az İbrahim Saraçoğlunun tövsiyə etdiyi qaraciyəri şüşə kimi edən qarışığı təqdim edir.
Qeyri-sağlam qidalanma, nizamsız həyat tərzi və bir çox amillər zamanla qaraciyərə mənfi təsir göstərə bilər. Bu səbəblə piylənmə, ürək xəstəlikləri, xroniki yorğunluq, həzm problemləri, allergiya və baş ağrıları kimi bir çox xəstəlik tətiklənə bilər. Təmizlənmiş qaraciyər sayəsində dəri çox daha parlaq, gənc və təmiz görünəcək.
CƏFƏRZİ VƏ LİMON QARŞIMI
Qaraciyəri cəfəri və limon qarışığı ilə təmizləmək üçün nə etməli olduğunuz olduqca sadədir. Burada hiylə odur ki, cəfəri kiçik olmalıdır.
Əvvəlcə cəfərini sapı ilə birlikdə blenderdən keçirin. Sonra bütöv bir limonun suyu ilə qarışdırın. 1 stəkan su əlavə edin. Hazırladığınız qarışığı yenidən qarışdırmağa davam edin. Əldə etdiyiniz qarışığı səhər acqarına içmək lazımdır.
İbrahim Saraçoğlu bu müalicənin 15 gün ərzində hər səhər acqarına istehlak edilməsi lazım olduğunu bildirir. 15 günün sonunda 5 gün ara verə və sonra eyni prosesi daha 15 gün təkrarlaya bilərsiniz.